Sinxron tərcümə edərkən yol verilən xəta həddi çox aşağı ola bilər, ona görə də, bu xidməti icra edənlər əldə edə biləcəkləri hər bir üstünlüyə sahib olmaq məcburiyyətdindədir. Əgər sinxron tərcümə bacarıqlarınızı necə inkişaf etdirə biləcəyinizi bilmək istəyirsinizsə, sixnron tərcümə ilə bağlı bu məqalədə verilən 5 məsləhət bu sahədə zirvəyə yüksəlməkdə sizə kömək edəcək.
TƏXMİN EDİN
Sinxron tərcüməçilər eyni anda iki işi görürlər: dinləmək və tərcümə etmək. Buna görə də, növbəti nəyin gələcəyini təxmin etmək bacarığı onlar üçün faydalı ola bilər. Əlbəttə ki, təcrübə ilə bu bacarığınızı yaxşılaşdıracaqsınız, lakin bu, işdən kənarda da üzərində işləyə biləcəyiniz bir şeydir.
Birincisi, sinxron tərcümə təlimində iştirak edə bilərsiniz. Bu, təkmilləşməyinizə əhəmiyyətli dərəcədə kömək edəcək.
Məsələn, kiminsə danışığını dinləyərkən daha çox diqqət yetirin və növbəti deyəcəyi fikrin nə olacağını təxmin edə bilib-bilmədiyinizə baxın.
Danışanın sizin tanış olduğunuz bir insan olması vəziyyəti asanlaşdırır, bu, sinxron tərcümə işində rast gəlinə bilən və ya bilinməyən bir haldır. Lakin əgər danışanın növbəti fikrini təxmin etməyi öyrənə bilmisinizsə, konfranslarda və digər tədbirlərdəki tərcümələriniz daha axıcı olacaq.
ZEHNİNİZİ AÇIQ SAXLAYIN
Sinxron tərcümə çətin bir tapşırıqdır, buna görə də, bu tapşırığa hazır olmaq üçün daha çətin bir tapşırıqla özünüzü sınayın. Məsələn, başqa bir tapşırığa fokuslanarkən bir danışığı dinləyin. Bu, bir ərzaq siyahısı yazmaq və ya bütün dostlarınızın ad günlərinin siyahısını hazırlamaq kimi sadə bir tapşırıq ola bilər.
Daha sonra, danışığın nə qədər hissəsini yadda saxlaya bildiyinizə baxmağa çalışın. İlk dəfə üçün çox olmaya bilər, lakin bunun kimi zehni inkişaf etdirən məşqləri davam etdirsəniz, eyni zamanda sinxron tərcümə bacarıqlarınız da təkmilləşməyə başlayacaq.
Bu tip sinxron tərcümə məşqləri uzun müddət inkişafınıza kömək edəcəyi üçün onları etməkdən qətiyyən peşman olmayacaqsınız.
MƏDƏNİYYƏTİ BAŞA DÜŞÜN
Sinxron tərcümə zamanı dil bilmək məlum faktdır, lakin mədəniyyəti bilmək başqa məsələdir. Hər bir mədəniyyətdə yalnız həmin mədəniyyətdən olan insanlar üçün məna kəsb edən sözlər və ifadələr var. Bu cür danışıq ifadələrindən birinə hazırlıqsız olmaq sizi axsada bilər. Buna görə də, hər bir dillə yanaşı, onun mədəniyyətini də başa düşmək vacibdir.
SƏSİNİZİ İDARƏ EDİN
Sinxron tərcümə edərkən səsinizi məqbul səviyyədə saxlamağınız vacibdir. Səsinizin səviyyəsi çox aşağı olarsa, insanlar sizi eşitməyə bilər. Səsiniz çox yüksək olarsa da, çıxışçının danışığına kölgə sala bilərsiniz.
Çıxışçının səsinin səviyyəsinə və tonuna uyğunlaşmağa cəhd etməyiniz vacib deyil. Çünki, auditoriya onun çıxış zamanı hərəkətli və ya gərgin olduğunu başa düşə bilər. Bunun əvəzinə, çox yüksək səslə olmadığı müddətcə, sizi rahatlaşdıracaq tərzdə danışın.
Bu tövsiyəni yadda saxlayın, çünki sinxron tərcümə ilə bağlı yadda saxlamaq istəyəcəyiniz üsullarından biridir.
SAKİT OLUN
Bu, daha əvvəl qeyd edilmiş ola bilər, lakin təkrarlamağa ehtiyac var. Çıxışçının dediyi hər hansı bir sözə və ya etdiyi hər hansı bir hərəkətə reaksiya vermədiyinizdən əmin olun; bu, sizin işiniz deyil. Nə baş verir versin, həmin an ən yaxşı tərcümə xidmətinizi göstərməyə diqqət yetirin.
Əgər çıxışçı mövzudan kənara çıxarsa, çox sürətlə danışmağa və ya qışqırmağa başlayarsa, bunun işinizi dayandırmasına icazə verməyin. Əgər hirslənməyə başlasanız, ya geridə qalacaqsınız, ya da səhvlər etməyə başlayacaqsınız.
Bu vəziyyətdə edə biləcəyiniz tək şey sakit qalmaq, diqqətinizi qarşınızdakı tapşırığa cəmləmək və yalnız nəzarət edə biləciyiniz şeylər haqqında narahat olmaqdır. Bir daha təkrarlayaq ki, kimsə üçün tərcümə edərkən ardıcıl tərcümə üzrə praktiki məşqləri unutmayın. Sinxron tərcüməçi təlimi barədə də düşünə bilərsiniz.
Yaxşı sinxron tərcüməçidə hansı keyfiyyətlər olmalıdır?
Tövsiyələrimizə əməl etmək peşəkar bir tərcüməçi olmağınıza kömək edə bilər, lakin hər bir peşədə olduğu kimi, bəzi xüsusiyyətlər və səriştələr bu iş sahəsində xüsusilə faydalı ola bilər. Onlar nələrdir?
Çox yüksək səviyyədə xarici dil biliyi. Şifahi tərcümə edən bir şəxsdən tərcümə edilən dili həmin dilin savadlı dil daşıyıcısı qədər yaxşı bilməsi gözlənilir. Təkcə bu deyil, yaxşı şifahi tərcüməçi öz ana dilini də müstəsna səviyyədə bilməlidir.
Bu, olduqca aydındır. Düzgün ünsiyyət müxtəlif dil normaları, mədəni fərqliliklər və kontekstlər, o cümlədən spesifik texniki terminologiya barədə geniş bilik tələb edir. Adətən sinxron tərcüməçilər birdən çox dildə bu bacarıqlara sahib olurlar və onların çoxu işlədikləri ölkələrdə və mədəniyyətlərdə yaşamaq təcrübəsinə malikdirlər.
Stresin idarə edilməsi. Şifahi tərcüməçinin stres idarəetmə bacarıqları güclü olmalıdır, çünki bu peşə ictimaiyyət qarşısında çıxış etmək və təzyiq altında olmaqla əlaqəlidir. Bu, həmçinin yorucu işdir, ona görə də, gərgin vəziyyətlərdə soyuqqanlılığınızı qorumaq və nə olmasından asılı olmayaraq yüksək keyfiyyətdə iş görmək vacibdir.
Davamlı inkişaf. Əgər öyrənməyi heç vaxt dayandırmaq istəmirsinizsə, bu peşə sizin üçündür. Bu işdə tərcüməçilər müxtəlif mövzular haqqında söhbət edir, dinləyir və danışır, buna görə də, daim məlumatlı olmaq və biliklərinizdəki boşluqları doldurmaq faydalıdır.
Bununla yanaşı, dillər də zaman keçdikcə dəyişir və təkmilləşir, beləliklə effektiv ünsiyyət yeniliklərdən xəbərdar olmağı tələb edir.
Uzun müddət bütün diqqəti cəmləşdirmək. Bu məqalədən də aydın olduğu kimi, tərcümə çox çətin işdir. Yalnız tərcüməçi diqqətini uzun müddət cəmləyə bildikdə sinxron tərcümə uğurlu ola bilər.
Məlahətli səs. Əlbəttə, bu olduqca subyektivdir, lakin aktyorlar, çıxışçılar və tərcüməçilər kimi səsləri ilə işləyən insanların məlahətli səs tonu olmalı və onlar verilən tapşırığın vəziyyətinə uyğun olaraq səsləri ilə necə işləməyi bilməlidirlər.
Daha əvvəl də qeyd etdiyimiz kimi, onlar tərcümə zamanı səslərini adətən sabit və orta səviyyədə saxlamalıdırlar.
İxtisas biliyi. Konkret sahə və sektorlarda ixtisaslaşmış tərcüməçilərə yüksək tələbar var. Buna nümunə olaraq tibbi terminologiya üzrə bilik tələb edən tibb sahəsini göstərmək olar.
Hüquq, maliyyə, biznes, siyasət və ya elm kimi sahələr dil baryerlərini aradan qaldırmaq üçün xüsusi terminologiyadan istifadəni tələb edir. Əgər sinxron tərcüməçi olmaq istəyirsinizsə, bu sahələrdən biri və ya bir neçəsi ilə maraqlanmaq və bu sahələrdə müəyyən səriştə qazanmaq yaxşı fikirdir.
Sinxron tərcümənin üstünlükləri
Sinxron tərcümənin ən vacib üstünlüyü təqdimatın səlisliyinin və təbii axıcılığının qorunub saxlanılmasıdır. Tərcüməçi nitqi real vaxtda minimum gecikmə ilə tərcümə etdiyi üçün bütün iştirakçılar təqdim olunan informasiyanı olduqca əlçatan formada dərhal əldə edə bilməlidirlər.
Bu, iştirakçıların tam məlumatlanmasını təmin etməli və müzakirələr aparmaq və fəal iştirakçı olmaq üçün zəruri vasitələri onlara təqdim etməlidir.
Bundan əlavə, çıxışçını və tərcüməçini dinləmək auditoriyanın diqqətini deyilənlərə cəmləməsini təmin edir. İştirakçılar çıxışçıya və tərcüməçiyə diqqət yetirməlidirlər, yəni onların diqqətini cəmləşdirdiyi ən azı iki diqqət mərkəzi var.
Ümumiyyətlə, sinxron tərcümə xidmətləri əksər hallarda əvəzolunmazdır. Bütün konfrans qonaqları üçün tədbirdə iştirak etmək və söhbətin bir hissəsi olmaq üçün ən optimal şəraitin yaradılmasını təmin etməyin ən yaxşı yollarından biridir.
Sinxron tərcümənin çatışmazlıqları
Konfrans tərcüməsi tamamilə qüsursuz deyil, daha dəqiq desək, onun təşkilati və texniki çətinlikləri də var. Birincisi, adətən hər bir hədəf dil üçün ən azı iki tərcüməçi cəlb edilməlidir. Bu, təşkilatçıları daha çox xərcə salır.
Bundan əlavə, onlar sinxron tərcümənin həyata keçirilməsi üçün tərcüməçi kabinəsi, fərdi simsiz qəbuledicilər, konfrans qulaqlıqları, mikrofonlar və s. kimi xüsusi avadanlıq təmin etməlidirlər.
Təşkilatçılar bu cür avadanlıqlara sərmayə qoya və ya lazım olduqda onu icarəyə verə bilərlər ki, bu da xərcləri bir az azaltmağa kömək edə bilər.
Xülasə
Mükəmməl sinxron tərcüməçi olmağın sürətli yolu yoxdur. Adətən, bu peşəyə uyğun olmaq üçün çox iş, davamlı öyrənmə və çoxlu dözüm tələb olunur. Lakin tərcüməçi kimi işləyərkən daha səriştəli və özünüzdən əmin olmanın yolları var.
Birincisi, tərcüməçilər daim öz bacarıqlarını praktikada tətbiq etməli və yeni səriştələr qazanmaq üçün çalışmalıdırlar. Bu iş öyrənmək və təkrarlamaqdan ibarətdir. Tərcmüçilərin ixtisaslaşdıqları mədəniyyətlərin və dillərin dərinliyinə getməsi vacibdir.
Bu, stresli ssenarilərdə emosiyalarını idarə etməkdə və sakit və təmkinli qalmaqda çətinlik çəkənlər üçün ən optimal peşə deyil, buna görə də, əgər bacarırsınızsa, bu sahədə digərlərindən seçilmək üçün yaxşı mövqedə olmalısınız.
Son olaraq, tərcüməçi olmaq diqqəti uzun müddət müəyyən bir tapşırığa cəmləməyi tələb edir. Bu, zehniniz üçün daimi məşqdir, ona görə də bu, peşəni seçərkən diqqət etməli olduğunuz məqamdır.