Sinxron tərcümə | Sinxron tercume nedir? - Tesservice.az
05 Iyul 2023, 00:19
Sinxron tərcümə | Sinxron tercume nedir? - Tesservice.az
Sinxron tərcümə
Beynalxalq tədbirlərin, işgüzar görüşlərin və önəmli hissəsi sinxron tərcümədir. İctimai, siyasi və iqtisadi əlaqələr inkişaf etdikcə sinxron tərcüməçilərə daha çox ehtiyac duyulur. Ölkəmizdə tez tez keçirilən beynəlxalq tədbirlər, iş adamlarının gəlməsi bu peşənin mühümlüyünü artırır. Şirkətimiz sizə görüşləriniz, sərgiləriniz, təqdimat və digər tədbirləriniz üçün peşəkar dilmanclar (sinxron tərcüməçilər) təklif edir. Peşəkar tərcüməçilərimizin bu çətin tapşırığın öhdəsindən müvəffəqiyyətlə gələcəyini əminliklə deyə bilərik.
Sinxron tərcümə nədir?
«Sinxron tərcümə» nə deməkdir və sadə «şifahi ardıcıl tərcümədən» nə ilə fərqlənir? Sinxron tərcümə – tərcümənin ən çox zəhmət tələb edən növüdür, burada həm insan zəhməti, həm də texniki vasitələr tələb olunur.Bu şifahi tərcümənin xüsusi növüdür, burada tərcüməçi tərcüməni danışanın nitqi ilə eyni zamanda həyata keçirir. Bu zaman tərcüməçinin tərcüməni müvəffəqiyyətlə həyata keçirməsi üçün danışanın məruzəsində pauzalar etməsinə ehtiyac yoxdur. Ona görə də məruzə, məlumat fasiləsiz səslənir, bu da qulaq asan auditoriyanın diqqətini saxlamağa, onun «ruhunu» hiss etməyə dil daşıyıcısı olmayan tədbir iştirakçılarının mərüzəyə daha tez reaksiya verməyə və tədbirin keyfiyyətini artırmağa kömək edir. Tərcümənin həmin növü çoxlu sayda insanların iştirakı ilə miqyaslı tədbirlərin keçirilməsi zamanı tətbiq edilir, bir qayda olaraq böyük konfrans zallarında və ya auditoriyalarda adi şifahi tərcüməçinin nitqi ya eşidilmir, ya da tədbirin statusu məhz sinxron tərcümənin tətbiqini tələb edir. Sinxron tərcümənin həyata keçirilməsi zamanı tərcüməçilərin «dəyişilməsi» çox vacibdir, belə ki, uzun müddətli iş zamanı sinxronist tez yorulur, bu da sağlamlıq üçün çox təhlükəlidir.Ona görə də sinxron tərcümənin həyata keçirilməsi zamanı tərcüməçilər dəyişilməlidir. Ənənəvi sinxron tərcümələr 2020-ci ildən etibarən (pandemiya səbəbindən) formatını dəyişməyə başlamışdır. Zoom, hibrid və digər internet platformaların verdiyi texniki həllər sayəsində konfransların, forumların və digər tədbirlərin keçirilməsi üçün artıq tərcüməçinin harada olması heç bir önəm daşımır.
Sinxron tərcümə avadanlığı
Bu tip tərcümələr sinxron tərcümə avadanlığı olmadan mümkün deyil. Bu avadanlıqlara tərcüməni dinləyənlər üçün qulaqlıqlar, xüsusi aparat, bilavasitə tərcüməçi üçün təchiz edilmiş kabina, mikrofon və digər texniki qurğular daxildir. Sinxron tərcümə tərcüməçi kabinəsindən həyata keçirilir. Sistem belə bir şəkildə qurulmuşdur:
səs sinxron tərcümə avadanlığının bir hissəsi olan mikşer konsolundan alınır və tərcüməçinin qulaqcığına ötürlür;
idarəetmə pultu ilə tərcüməçi natiqə qulaq asır, onun səsini mikrafona tərcümə edir, səs səviyyəsini, tezlikləri və digər xüsusiyyətləri tənzimləyir;
sinxron tərcüməçini öskürək tutarsa və ya digər tərcüməçi ilə yerini dəyişmək növbəsidirsə səssiz (mute) düyməsini basaraq prosesi idarə edir;
öz səslərini eşitməmələri üçün tərcüməçilərin qulaqcıqları səs keçirmir (səs izolyasiyası olunub);
tərcümə etdiklərini mikrafona söyləyirlər, bu tərcümə mərkəzi bloka qayıdır və oradan infraqırmızı siqnallara çevirilərək paylayıcılara gedir;
paylayıcılar infraqırmızı siqnalların auditoriyada yayılmasına şərait yaradır və iştirakçıların qulaqlarında olan qurğuların alıcıları bu siqnalları tutaraq səsə çevirir.